Xırdalanda yaşayış binasında partlayış olub.
APA xəbər verir ki, hadisə AAF Park Yaşayış kompleksində olub. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, AAAF parkda yanğın olması barədə "112" qaynar xəttinə məlumat daxil olub. Nazirliyin Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Xırdalanda yaşayış binasında baş verən partlayışla bağlı iki nəfər Yanıq Mərkəzinə yerləşdirilib.
APA xəbər verir ki, bu barədə Yanıq Mərkəzindən məlumat verilib.
***
Fövqəladə Hallar Nazirliyi Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasındakı partlayışla bağlı məlumat yayıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı AAAF Park Yaşayış Kompleksində ondördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsindəki mənzildə ilkin ehtimala görə məişət qazının sızması nəticəsində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Hadisə nəticəsində, ilkin məlumata əsasən, 3 nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilib, partlayış dalğasının zərbəsindən həyətdə park edilmiş 2 avtomobilə ziyan dəyib.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.