Xırdalan şəhərində Yoncalıq massivi deyilən ərazidə Qismət Ruzi MTK -da binalar uçma təhlükəsi ilə üz-üzə qalıb.
Bu barədə Musavat.com-a sakinlər məlumat veriblər. Bildirilib ki, binaların zirzəmisində 50 tondan yuxarı kanalizasiya suyu var.
Güclü yağış orada yaşayan 97 ailənin vəziyyətini bir az da çətinləşdirib. Sakinlər bina yağış suyu ilə dolduğu üçün çölə çıxa bilmirlər.
Musavat.com bununla bağlı videonu təqdim edir:
Şahanə Rəhimli
Musavat.com