Son vaxtlar Abşeron rayonunun kəndlərində, Xırdalan şəhərinin mərkəzində sürü halında gəzən sahibsiz itlər sakinlər üçün qorxu və təhlükə mənbəyinə çevrilib. Ötən gün “Qobu Park”da azyaşlı uşağın itlərin hücumuna məruz qalması bu faktı bir daha təsdiqləyir.
Bu məsələ ilə bağlı Xırdalan şəhəri, 27-ci məhəllənin sakinləri də şikayətçidirlər. Tez-tez sahibsiz itlərin hücumuna məruz qaldıqlarını bildirirlər. Vəziyyət o yerə çatıb ki, adamlar itin əlindən bloka girib-çıxa bilmirlər.
Qeyd edək ki, ARB TV-nin efirində yayımlanan “Günə Son” verilişində sahibsiz itlərlə bağlı çəkilən sujet efirə gedib.
Daha ətraflı video məlumatı təqdim edirik: