Xırdalanda həyət evləri su altında qalıb.
Bu barədə Musavat.com-a sakinlər məlumat verib.
Onlar bildiriblər ki, “Riyad” Ticarət Mərkəzinin arxasında yerləşən evlər su ilə dolub.
Sakinlərin sözlərinə görə, kanalizasiyalar daşıb və mənzillər yaşanmaz hala düşüb.
Musavat.com bununla bağlı videonu təqdim edir:
Şahanə Rəhimli,
Musavat.com