Xırdalanda GÜCLÜ yanğın başlayıb - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən restoranda yanğın baş verir.

Musavat.com xəbər verir ki, "AAAF Park"da yerləşən "Faxralı" restoranı yanır. 

Bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Yanğının böyüyüb yayılmasından dolayı narahatlıq var. 

 

03.03.2025 01:18
1664