Xırdalanda gənc oğlan yol qəzasında ölüb

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, “Opel” markalı avtomobil 2005-ci il təvəllüdlü Qasımlı Elcan Şənlik oğlunu vurub. 17 yaşlı gənc aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

26.09.2022 00:33
768