Abşeron rayonunda 22 yaşlı gənc bıçaqla özünə xəsarət yetirib.
“Report”un məlumatına görə, hadisə Xırdalan şəhəri, 26-cı məhəllədə qeydə alınıb.
Belə ki, 2000-cı il təvəllüdlü Rüstəmov Elgün yaşadığı mənzildə bıçaqla qol nahiyəsinə xəsarətlər yetirib.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.