Xırdalanda ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub

Abşeron rayonunda ailə məişət zəmnində dava zamanı qadın ağır xəsarətlər alıb.

APA xəbər verir ki, hadisə Quşçuluq massivində qeydə alınıb.

1990-ci il təvəllüdlü Həsənova Şəbnəm Taleh qızı yaşadığı evin həyatyanı sahəsində əri tərəfindən bıçaqlanıb.

Qadın çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

04.07.2024 02:11
839