Xırdalanda bina yanır - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binası yanır.

Metbuat.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə, artıq hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

10.09.2022 09:45
1123