Xırdalanda 15 yaşlı qızı hoteldə zorladılar

Azərbaycanda zorlanma hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində yerləşən hotellərdən birində baş verib.

Polisə müraciət edən qadın Ceyhun adlı oğlanın hoteldə qızı, 15 yaşlı A.Y. ilə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu bildirib.

Anası qızını zorlayan şəxsin istintaqa cəlb edilməsini istəyir.

Daxil olan şikayət əsasında Abşeron Rayon Polis İdarəsində araşdırmalar başlayıb.

05.12.2022 17:53
1583