XİN: Vətəndaşların Livandan təxliyəsi ilə bağlı müraciət olmayıb

Azərbaycan vətəndaşlarının Livandan təxliyəsi ilə bağlı diplomatik nümayəndəliyə müraciət olmayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, Türkiyə oktyabrın 9-da vətəndaşlarını Livandan təxliyə edəcək. Buna səbəb Yaxın Şərqdə gərginləşən vəziyyətdir.//Report

08.10.2024 10:08
280