Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Diplomatiyada Qadınların Beynəlxalq Günü ilə bağlı paylaşım edib.
“Report” xəbər verir ki, XİN sözçüsü Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin anası – Azərbaycanın ilk diplomat qadını Sara xatunun şəklini paylaşaraq tviterdə diplomat qadınları təbrik edib.
“24 İyun - Diplomatiyada Qadınların Beynəlxalq Günü münasibətilə bütün qadın həmkarları səmimi qəlbdən təbrik edirəm”, - L.Abdullayeva sosial şəbəkə səhifəsində yazıb.