XİN: “Rusiya Azərbaycan və Ermənistan arasında danışıqları təşkil etməyə hazırdır"

“Rusiya XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan arasında danışıqları təşkil etməyə hazırdır".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, vaxtaşırı yaranan çətinliklər danışıqlar prosesinin "dondurulması" və ölkələr arasında münasibətlərin normallaşması üçün səbəb olmamalıdır:

“Danışıqları mümkün qədər tez bərpa etməliyik".

27.01.2023 17:42
482