XİN RƏSMİSİ: Heç bir təhlükəsizlik tədbiri görməməsi narahatedicidir

Musavat.com xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı erməni vandalizmi aktına münasibət bildirib.

“Biz Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik. Təşkilatçıların bu cür nifrət aksiyalarına qarşı heç bir təhlükəsizlik tədbiri görməməsi narahatedicidir. Günahkarlar layiqincə cəzalandırılmalıdır!” - Ayxan Hacızadə tvitter sosial şəbəkəsində qeyd edib. 

 

Musavat.com

14.04.2023 23:36
774