XİN Macarıstanı təbrik etdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Macarıstanı təbrik edib.

Musavat.com xəbər verir ki, bu barədə XİN öz X (Twitter) hesabında paylaşım edib.

“Macarıstanın Milli Günü münasibətilə Macarıstan xalqına və hökumətinə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Azərbaycan-Macarıstan ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”, - XİN-in paylaşımında qeyd edilir.

20.08.2023 20:50
365