XİN-dən Beynəlxalq Ədalət Məhkəməsinin qərarına SON DƏQİQƏ açıqlaması

Xəbər verdiyimiz kimi, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddia ilə bağlı Azərbaycanın təqdim etdiyi ilkin etirazlara dair qərarını açıqlayıb.

Məhkəmə sədri qısa şəkildə münaqişənin tarixçəsinə toxunaraq, tərəflərin keçmiş SSRİ respublikaları olduğunu xatırladıb. O, Ermənistanın "Dağlıq Qarabağ", Azərbaycanın isə "Qarabağ" adlandırdığı ərazinin əhalisinin əksəriyyətini ermənilərin təşkil etdiyini və bu ərazinin Azərbaycanın tərkibində olduğunu vurğulayıb. Sədr tərəflərin ərazi ilə bağlı iddialarının hərbi qarşıdurmalara səbəb olduğu və birinci müharibənin başladığını qeyd edib.

Azərbaycan iki əsas etiraz irəli sürüb: birincisi, tərəflər arasında artıq danışıqlar aparıldığı və məsələnin məhkəmənin səlahiyyətlərinə aid olmadığına aid olub. Məhkəmə, tərəflər arasında 2021-ci ildə iki dəfə görüş keçirildiyini və Azərbaycanın bu arqumentini inandırıcı saymayıb. Məhkəmə hətta Ermənistan məsələnin həlli üçün kifayət qədər səy göstərdiyini iddia edib.

İkinci etiraz məhkəmənin səlahiyyətlərinə aid olub. Məhkəmə, Ermənistanın irəli sürdüyü tələblərin etnik diskriminasiya çərçivəsində dəyərləndirilə biləcəyini və məhkəmənin səlahiyyətlərinə aid olduğunu bildirib.

Məhkəmə hər iki ilkin etirazın rədd olunması barədə qərar qəbul edib.

b9a42a9b-c6e4-3fec-ba52-3655ad6b.jpg (61 KB)

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Musavat.com-a açıqalmasında deyib ki, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Azərbaycan və Ermənistanın iddiaları ilə əlaqədar verilən müvafiq qərar qəbul edilib:

 2Bu qərar çərçivəsində Azərbaycanın, müvafiq olaraq Ermənistanın azərbaycanlılara qarşı törətdiyi insan hüquqları və etnik təmizləmə siyasəti ilə bağlı iddialar var. Bu iddialar çərçivəsində də Azərbaycana qarşı təhdid olan mina məsələsi gündəmdə olub. Azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinin məhkəmə tərəfindən nəzərdən keçirilməsinə mahiyyəti üzrə baxılacaq. Bu barədə məhkəmə qərarı mövcuddur. Biz hesab edirik ki, Azərbaycan tərəfi yalnız Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində deyil, eyni zamanda arbitraj prosesləri çərçivəsində Ermənistanın məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək. Bu proses 2-3 il davam edəcək. Hazırda konkret vaxt demək çətindir".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

13.11.2024 10:58
1199