XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə SƏRT CAVAB

“Laçın yolu hər zaman normal nəqliyyat üçün açıq olub”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, Azərbaycan yolda maneəsiz hərəkəti təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür:

“Şəffaflıq və təhlükəsizlik üçün sərhəd-keçid məntəqəsinin yaradılması mütləqdir”.

Qeyd edək ki, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien Laçın yolunun hərəkət üçün bağlı olduğunu iddia edib və yolun açılmasını “tələb edib”.

10.03.2023 16:58
1647