XİN başçısı: "Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək"

“Bolqarıstan Avropada Azərbaycan qazının üç alıcısından biridir. Əminik ki, Yunanıstanla əlaqə yaxın vaxtlarda tamamlanacaq və Bolqarıstan onun vasitəsilə Azərbaycan qazını almağa başlayacaq”.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bolqarıstanlı həmkarı Teodora Gençovska ilə görüşdən sonra deyib.

“Bu, dəyişən dövrdə Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verəcək”, - XİN başçısı qeyd edib.

31.05.2022 14:28
280