XİN: “Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini reinteqrasiya etmək əzmindədir”

“Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini Azərbaycanın siyasi, hüquqi, sosial-iqtisadi mühitinə reinteqrasiya etmək əzmindədir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Konstitusiyası, ölkənin tərəfdar çıxdığı beynəlxalq sənədlər, milli qanunvericiliyimiz buna zəmin yaradır.

17.06.2023 12:45
454