XİN: “Azərbaycan həmişə İranla münasibətlərin müsbət inkişafında maraqlı olub”

"İran qonşu ölkədir. Azərbaycan həmişə İranla münasibətlərin müsbət inkişafında maraqlı olub".

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanı rəhbərlərinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarəti zamanı deyib.

O bildirib ki, son zamanlar tərəflər arasında gərginlik olub: "Bunun ciddi səbəbləri var. İran nazirinin səfərini müsbət qiymətləndiririk. Səfər zamanı münasibətləri açıq müzakirə etmək imkanı oldu. İranın münasibətlərin normallaşması istiqamətində ciddi addım atmaq niyyətini hiss edirik. Azərbaycan da adekvat addımlar atacaq".

09.07.2023 12:39
315