Balıq, həmçinin digər su bioresurslarının istifadəsinə, eləcə dəmühafizəsinə nəzarəti gücləndirmək məqsədilə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Xəzər dənizinin Hövsan qəsəbəsi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olan İlham Heydərov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsindən Musavat.com-a bildirilib.
Qeyd edilib ki, yoxlama zamanı ondan “Yamaha” mühərriki ilə təchiz edilmişqayıq, sintetik sapla toxunmuş qanunsuz balıq ovunda istifadəolunan tor, digər qadağan olunmuş balıqovlama alətləri və 96ədəd kefal balığı aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırma zamanı bu şəxsin su bioresurslarından qanunsuzistifadə etməsi nəticəsində ekologiyaya 1056 manat maddi ziyanvurduğu müəyyən edilib. Faktla bağIı Su Nəqliyyatında Polisİdarəsində araşdırmalar aparılır.
Qeyd edək ki, hazırda balıqların kürü verən vaxtı olduğu üçün balıq ovlama mövsümü sentyabr ayına qədər dayandırılıb. Bütün qadağalara baxmayaraq xüsusən körpə balıqların qanunsuz ovlanması hallarına hələ də rast gəlinməkdədir.
Qeyd edilənqanunsuz əməllərə yol verən brokonyerlərə xəbədarlıq edilərək bildirilir ki, onlar barəsində cinayət və inzibati qanunvericilikdənəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.
Su Polisləri tərəfindən Xəzər dənizi və digər su hövzələrinə nəsilartımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növbalıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam etdirilir.
İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir borukəmərlərinin və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkiledən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.
Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hərhansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.