Xəzərdə boğulan gənclərin meyiti 3 gündür tapılmır - FOTO

Bakıda iki nəfər Buzovna çimərliyində batıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Boğulanlar 2002-ci il təvəllüdlü İsgəndər Ramiz oğlu Əhmədov və Samir Əhədli adlı şəxslərdir.

Hadisədən 3 gün keçsə də, batan şəxslərin meyitlərini tapmaq hələ ki mümkün olmayıb.

Onların axtarışları davam edir.

Qeyd edək ki, Samir Əhədli Azərbaycan Texniki Universitetinin tələbəsidir.

23.06.2023 03:30
984