Xətai rayonunda saxlanılan narkokuryerlərdə 10 kq marixuana aşkar edilib - VİDEO

Xətai rayonunda saxlanılan narkokuryerlərdən 10 kiloqramdan artıq marixuana aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı paytaxt sakinləri 1994-cü il təvəllüdlü Bayram İsgəndərov və 1980-ci il təvəllüdlü Vəli Əmirov saxlanılıblar. Onlardan 10 kiloqramdan artıq marixuana aşkarlanıb. Araşdırmalarla bu şəxslərin Bakı şəhərində narkokuryerlik etdikləri məlum olub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Həmçinin Xətai rayonunda bu ilin ilk rübündə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə ümumilikdə 120 cinayət faktı qeydə alınıb. Saxlanılanlardan 23 kiloqram heroin, marixuana və digər növdən olan narkotiklər, eləcə də psixotrop maddə metamfetamin aşkar olunub.

Qeyd edilən dövr ərzində Xətai RPİ-nin əməkdaşları əməliyyat yolu ilə üç “Kalaşnikov” avtomatı, bir “Makarov” tapançası və üç ədəd “F-1” əl qumbarası da aşkar ediblər.

18.03.2024 14:42
618