Xətai rayonunda avtomobillər toqquşub, yaralanan var

Bakının Xətai rayonunda 19 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Tağıyeva Zəhra Fuad qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

05.09.2024 01:42
324