Xəstəxanaya yerləşdirilən Əli Mirəliyev SON DURUMUNU Musavat.com-a AÇIQLADI

"Özümü yaxşı hiss edirəm. Hələ ki, xəstəxanadayam. Gələn həftənin 1-ci günü buradan çıxacağam".

Bunu Musavat.com-a açıqlamasında bir müddətdir xəstəxanaya yerləşdirilən tanınmış müğənni Əli Mirəliyev deyib.

Xatırladaq ki, sənətçinin qızı Samirə Mirəliyeva Ə.Mirəliyevin ayağının itin zəncirinə dolaşaraq yıxıldığını, bud sümüyünün sındığını bildirmişdi.

Aytən Novruz
Musavat.com 

01.05.2025 17:26
983