Bir neçə gün öncə xəstəxanaya yerləşdirilən aktyor Elvin Ağayev səhhətindən danışıb.
Musavat.com xəbər verir ki, aktyor hazırda səhhətinin yaxşı olduğunu qeyd edib:
“Hazırda evdəyəm. Xəstəxanadan foto paylaşdığım gündən mənim üçün narahat olan, dua edən hər kəsə təşəkkür edirəm.
Mənim kimi ağır əməliyyat keçirən insanlar daim həkim nəzarəti olmalıdır. Bəzən başımız işə qarışır sağlamlığımızı arxa plana atırıq. Allahıın verdiyi hər bir sınağa şükür edirəm. Səhhətimdə sıxıntılar yaranmışdı, həkimlər aradan qaldırdı”.
Qeyd edək ki, qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev bir neçə il öncə əməliyyat olunub.
Musavat.com