“Karib dənizinin quldurları” filminin sonuncu çəkilişindən 7 il sonra aktyor-müğənni Conni Depp yenidən həmin roluna qayıdıb.
Aktyor balaca pərəstişkarlarını sevindirmək üçün Cek Sparrou obrazında İspaniyanın San-Sebastian şəhərindəki Donostia xəstəxanasının uşaq onkologiyası şöbəsinə baş çəkib.
Sənətçi orada olduğu müddət ərzində illüziyanı pozmamaq üçün obrazını canlandırmağa davam edib.//Axşam.az