Xəstə atası ilə maraqlanmayan tibb işçisini belə döydü - ANBAAN VİDEO

Türkiyənin Tekirdağ vilayətində bir şəxs təcili yardımla xəstəxanaya gətirdiyi xərçəng müalicəsi alan atasına baxılmadığı üçün tibb işçisini döyüb.

Musavat.com xəbər verir ki, sözügedən hadisə dekabrın 20-də Çerkezköy Dövlət Xəstəxanasında baş verib.

Hadisə anı təhlükəsizlik kameralarına saniyə-saniyə əks olunub. Polis və xəstəxananın təhlükəsizlik xidməti davaya müdaxilə edib. 

Hadisədən sonra saxlanılan H.A. ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Dava zamanı yüngül xəsarət alan tibb işçisi H.A-dan şikayət ərizəsi yazıb.

Musavat.com

26.12.2023 14:25
771