Xerson şəhərinin sakinləri təxliyə olunur

Ukraynanın Xerson şəhərinin ilk 100 sakini təxliyə olunaraq qatarla Xmelnitskiyə yola salınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Reinteqrasiya Nazirliyi məlumat yayıb.

Təxliyə olunan insanlardan 26-sı uşaq, 7-si yataq xəstəsi, 6-sı isə hərəkət qabiliyyəti məhdud olan şəxslərdir.

Qeyd edək ki, Ukrayna hökuməti bir müddət əvvəl Xerson əhalisinin bir hissəsinin evakuasiya olunacağını bildirmişdi.

26.11.2022 10:53
685