Qazax-Tavuş istiqamətində sərhədin demarkasiyası nəticəsində ermənilərin yaşadığı Kirants kəndi iki hissəyə bölünəcək.
Ermənilər işğal dövründə sərhəd xəttini keçərək, Azərbaycan ərazisində məskunlaşıb. Hazırda aparılan demarkasiya ilə sərhədin qanunsuz pozulması halı aradan qaldırılır. Ermənistan mediasında Kirants kəndində demarkasiya nəticəsində Azərbaycanın nəzarətinə keçəcək ərazilərlə bağlı xəritə yayılıb. Erməni jurnalist Davit Qalstyan bildirib ki, Kirantsda 0,18 kvadrat kilometr ərazi Azərbaycana qaytarılacaq.
Xəritədə bənövşəyi rəngdə verilmiş hissənin Azərbaycana qaytarılacaq ərazilər olduğu bildirilir.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Kamran Həsənli Və Sevinc Telmanqızının təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.