Xərçəngin bu növü 2 il sonra BİLİNİR

Britaniyanın Surrey və Oksford universitetlərinin alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, mədəaltı vəzin xərçəngi yarandıqdan 2 il sonra əlamətlərini büruzə verir.

Musavat.com lent.az-a istinadən bildirir ki, alimlər bildiriblər ki, xərçəng xəstəliyinin ən yayılmış əlaməti birdən-birə kəskin arıqlama, diabet xəstəliyi olmadan qanda şəkərin səviyyəsinin yüksəlməsidir.

Həkimlər mədəaltı vəzdə yaranan xərçəngin ən mürəkkəb xəstəlik olduğunu bildiriblər. Çünki ona öncədən diaqnoz qoymaq və müalicə etmək çətindir.

15.10.2023 02:12
1195