1990-cı illərin ən cazibədar modellərindən biri olan Linda Evenqelista "Zeit" jurnalının yeni sayında yer alıb.
O, kamera qarşısına keçərək ağ-qara fotosessiya etdirib.
6 ildir süd vəzi xərçəngi ilə mübarizə aparan Lindanın kamera qarşısına yarıçılpaq keçməsi bu xəstəlikdən əziyyət çəkən bir çox xanım tərəfindən dəstəklənib.
Qeyd edək ki, Linda liposaksiya əməliyyatından sonra bədənində yaranan qalıcı deformasiyalara görə sənətdən uzaqlaşmalı olmuşdu. Keçmiş model ötən ilin əvvəlində "People" a verdiyi açıqlamada artıq çəkisinə və bədən quruluşuna görə utanmadığını və gizlənməyəcəyini demişdi. O, bir müddət əvvəl yenidən karyerasına davam etdiyini elan edib. Linda sonuncu açıqlamasında xərçənglə mübarizə apardığını vurğulayıb. (Axşam.az)