Xəbər verdiyimiz kimi, süd vəzi xərçəngindən əziyyət çəkən müğənni Sevda Əliqızı noyabrın sonlarında əməliyyat olunub.
Musavat.com bildirir ki, sənətçinin hazırkı vəziyyətinin necə olduğunu öyrənmək üçün Bizim.Media-nın əməkdaşı Sevda ilə əlaqə saxlayıb.
S.Əliqızı müalicələrini davam etdirdiyini söyləyib:
"Səhhətim günü-gündən yaxşılaşır. Müalicələrimi davam etdirirəm. Bir az əvvəl həkim qəbulunda idim. İndi isə evə gedirəm. Şükürlər olsun ki, aldığım müalicələr müsbət nəticə verir".