Xərçəng xəstəliyinə tutulan Aygün Bəylərin vəziyyəti necədir?

Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Aygün Bəylər səhhəti ilə əlaqədar yaxın günlərdə Türkiyəyə müayinəyə gedəcək.

Musavat.com xəbər verir ki, bu barədə bizim.media-ya müğənninin köməkçisi bildirib.

“Şükürlər olsun ki, hazırda Aygün xanımın vəziyyəti yaxşıdır və müalicəsini davam etdirir. Oktyabrın 10-da Türkiyəyə müayinəyə gedəcəyik”, - deyə Xalq artistinin köməkçisi əlavə edib.

07.10.2022 15:51
6108