Xədicə İsmayıl polisə ÇAĞIRILDI

Jurnalist Xədicə İsmayıl istintaqa çağırılıb.

Musavat.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Xədicə İsmayıl qeyd edib ki, bu gün saat 15:00 üçün onu ifadə verməyə dəvət ediblər.

Qeyd edək ki, martın 6-da Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Nəticədə TV-nin bir neçə əməkdaşı saxlanılıb və onların barəsində cinayət işi açılıb.

14.03.2024 11:29
2154