Şərur rayonunda 28 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
APA bildirir ki, hadisə rayonunun Dizə kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Xədicə Tağı qızı Bağırova hamamda dəm qazından boğularaq ölüb.
Faktla bağlı Şərur Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.