XƏBƏRDARLIQ! Yeri güclü qasırğa bürüyüb

Yer kürəsində güclü maqnit qasırğası başlayıb.

Bu barədə Rusiyanın Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz teleqram kanalında məlumat yayıb.

"Yer üzündə çox güclü maqnit qasırğası var. Gözlənilən güclü maqnit qasırğası uzun bir gecikmə ilə başladı" - deyə Leus qeyd edib.

Leus əlavə edib ki, fırtına saat 07:00-dan sonra başlayıb və günün ikinci yarısında dayanmalıdır. Onun sinfi hazırda G4 kimi qiymətləndirilib və bu, getdikcə zəifləyəcək./BAKU.WS

17.09.2024 10:17
510