Alimlər Şimali Atlantik Okeanının əsas cərəyanlarının dağılması ilə bağlı qaçılmaz kataklizm (red: daşqın, subasma) barədə xəbərdarlıq ediblər.
Açıq məktubu 44 aparıcı iqlimşünas alim imzalayıb.
Müraciətdə ekspertlər siyasətçiləri təcili tədbirlər görməyə çağırıb.
"Atlantik meridional çevrilmə sirkulyasiyası (AMOC) Gulf Stream-i işə salır və istiliyi Şimal Yarımkürəyə nəql edir", - deyə məlumatda bildirilir.
Alimlərin qeyd etdiyi kimi, son tədqiqatlar qlobal istiləşmə nəticəsində AMOC axınının yavaşladığını aşkar edib. Bu səbəbdən planetin iqlimində xaos yarana bilər. Məktubda ilk olaraq Şimali Avropanın əziyyət çəkəcyi bildirilir. Burada ekstremal şəraitə qədər soyutma proqnozlaşdırılır.
Xatırladaq ki, daha əvvəl, oktyabrın əvvəlində ekspertlər avropalıları soyuq qışa hazırlaşmağa çağırıblar. Təbii La Nina fenomeni səbəbindən temperatur keçən illə müqayisədə aşağı olacaq.//Baku.ws