NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfərə gəlib.
Musavat.com xəbər verir ki, bunu o, tviterdə yazıb.
Xavyer Kolomina Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması üzrə danışıqların gedişatı müzakirə olunub.
Xavyer Kolomina həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.