Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin Musazadədən boşanması ilə bağlı iddialara münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, ifaçı sosial şəbəkə hesabında izləyicisinin ona ünvanladığı “Xatirə xanım, həyat yoldaşınızdan niyə ayrılmısınız?” sualını belə cavablayıb:
“Bunun sizə dəxli varsa, deyim. Nəyinizə lazımdır? Biz ayrılmamışıq. Belə bir şey olsa, gizlətmərəm. Amma sizin cümləniz mənasızdır. Göz önündə olan insan hər şeyini sizə danışmaq məcburiyyətində də deyil. Hamının şəxsi həyatı tək ona aiddir, sizə yox”.
Qeyd edək ki, cütlüyün Emil adlı bir oğlu var.