"Xatirə deyib ki, çantamda 10 min dollar var, amma xoşbəxt deyiləm"

Şair Nazilə Səfərli müğənni Xatirə İslamla bağlı açıqlaması ilə diqqət çəkib.

"Xəzər TV"yə açıqlama verən şair ifaçını pessimist adlandırıb:

"Xatirə xaraktercə pessimist adamdır. Onu xoşbəxt etmək çətindir. O, anlıq xoşbəxt olanlardandır. Davamlı xoşbəxt ola bilmir. Bir dəfə sanatoriyaya gedib. Terapevt səni qarşılayır, suallar verir və sonra müalicə təyin edir. O da deyib ki, çantamda 10 min dollar var, amma xoşbəxt deyiləm. Depressiyadadır, bunu bu cür izah edib. Onun öz dünyası, ruh halı var".//Axşam.az 

02.07.2024 19:25
912