Xarkov vilayətinin qubernatoru Oleq Sinegqubov bildirib ki, cəbhəyanı ərazilərdən 11 mindən çox insan təxliyə edilib. Ümumilikdə Çuqevski, Xarkovski, Boqoduxovski rayonlarından 11 min 253 nəfər təxliyə edilib.
Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri Staritsa və Volçansk ərazilərində, həmçinin Sinkovka, Stepnaya Novoselovka, Drujelyubovka, Novoeqorovka və Nevskoye yaşayış məntəqələrində Rusiya ordusu ilə döyüşür. Vəziyyət gərgindir, lakin Ukrayna qoşunlarının nəzarətindədir. Hazırda Volçansk ərazisində döyüş gedir.
Rusiya ordusu aprelin sonundan Xarkovu mütəmadi olaraq atəşə tutmağa başlayıb və mayın 10-da rus ordusu Xarkov vilayətində hücuma keçib. Mayın 17-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Xarkov vilayətində müdafiə xəttinin qırılmadığını, lakin Rusiyanın döyüş zonasını demək olar ki, 70 km genişləndirdiyini bildirib.
Rusiya prezidenti Vladimir Putin isə Fransanın Ukraynaya qoşun yeritmək istəyinə sərt cavab verib. Kreml lideri “Bu, Avropada və dünyada ciddi münaqişəyə doğru bir addımdır. Bunu istəyirlər? Yaxşı o zaman”, - deyə istehza ilə hədələyib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını professor Qabil Hüseynli cavablandırır.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat