Xarkov, Sumi və Xersonda partlayışlar- Dronlar Kiyevə uçur  

Xarkovda silsilə partlayışların baş verdiyi bildirilir.

Musavat.com xarici KİV-ə istinadən bildirir ki, bu gün gecə saatlarında şəhərdə iki dəfə partlayış baş verib. 

Bundan əlavə, Sumı və Xerson sakinləri də partlayışlar barədə məlumat veriblər.

Ukrayna mediası yazıb ki, gecə saatlarında Ukrayna hava məkanında 50-yə yaxın pilotsuz təyyarə olub.  Onların bəziləri Kiyevə uçur. 

29.08.2024 09:53
450