Bu ilin yanvar-avqust aylarında materik Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların (XBİ) həcmi illik müqayisədə 31,5 faiz azalaraq 580,19 milyard yuan (81,8 milyard dollar) təşkil edib.
Musavat.com Çin Ticarət Nazirliyinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu dövrdə yüksək texnologiyalı istehsal sektoruna xarici birbaşa yatırımlar 72,14 milyard yuan təşkil edib ki, bu da ümumi investisiyanın 12,4 faizinə bərabərdir.
Almaniyanın Çinə birbaşa investisiyaları yanvar-avqust aylarında illik ifadədə 5,4 faiz, Sinqapurun investisiyaları isə 11,6 faiz artıb.
Eyni zamanda səkkiz ay ərzində ölkədə xarici kapitalın iştirakı ilə 36 968 min yeni müəssisə qeydiyyata alınıb ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 11,5 faiz çoxdur.
2023-cü ildə XBİ 8 faiz azalaraq 1,13 trilyon yuan olub.
Musavat.com