Problemli karqolarla bağlı e-şikayət sistemi yaradılıb.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi tərəfindən yaradılan sistemin məqsədi vətəndaşların karqolarla bağlı yaşadığı problemləri aradan qaldırmaqdır.
Agentliyin nümayəndəsi Vüqar Səmədov "Xəzər Xəbər"ə bildirib ki, sistem vasitəsilə vətəndaşlar karqo operatoruna birbaşa müraciət ünvanlaya biləcəklər.
Əgər vətədaşın müraciəti 15 iş günü ərzində cavablandırılmazsa və ya həllini tapmazsa, bu zaman problem İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq həll ediləcək.
Qurumdan o da bildirilib ki, e-şikayət sisteminə vətəndaşlar təkcə karqo ilə bağlı deyil, eyni zamanda, rabitə xidmətləri üzərində yaranmış bütün problemlərə görə də müraciət edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.