Xankəndiyə göndərilən yardımla bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

“FHN tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin zəruri ehtiyaclarının təmin edilməsi üçün humanitar məqsədli yardım göndərilməsi qərara alınıb”.

Musavat.com xəbər verir ki, bunu Nazirliyin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev bildirib.

Onun sözlərinə görə, sentyabrın 22-də hər birinin tutumu 20 ton olmaqla, 2 yük maşını və çörəklə dolu 2 maşın Ağdamdan keçməklə hərəkətə başlayıb:

“Avtomobillər Ağdam-Xankəndi yolu ilə hərəkət edərək ünvana çatacaq və aparılan ərzaq aidiyyəti üzrə əhaliyə paylanacaq”.

Musavat.com

22.09.2023 12:48
1613