Xankəndidə qumbara və digər silah-sursatlar AŞKARLANDI

Xankəndi şəhərində xeyli silah-sursat aşkarlanıb.

Musavat.com DİN-ə istinadən xəbər verir ki, 13-14 yanvar tarixlərində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 4 ədəd qumbara, 1 ədəd avtomat silahı, 1 tapança, 2 tüfəng, 1240 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

15.01.2024 12:35
496