Xankəndidə qazın verilişi bərpa olundu

Qarabağın ermənilər yaşayan hissəsində mavi yanacağın təchizatı bərpa olunub.

Musavat.com bununla bağlı erməni teleqram kanallarına istinadən məlumat verir.

Qeyd edək ki, 2 gündür ermənilər qazın kəsilməsinə görə heç bir əsas olmadan Azərbaycanı ittiham edir. “Azəriqaz” isə bu iddiaları təkzib etmişdi.

Maraqlısı budur ki, qazın bərpası barədə qısa informasiya yaymaqla kifayətləniblər.

Musavat.com

16.12.2022 09:56
1418