Xankəndidə baş verən yanğınla bağlı ən son məlumat...

Xankəndidə 25 sentyabr 2023-cü ildə yanacaq məntəqəsində baş verən yanğınla bağlı ən son məlumat elan edilib.

Musavat.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, yanacaq-sürtkü materialları anbarında baş vermiş partlayış nəticəsində 218 nəfər ölüb, 120 nəfər yaralanıb.

218 öləndən üçünün şəxsiyyəti hələlik müəyyən edilməyib.

Partlayış zamanı anbarda 1000-ə yaxın vətəndaş olub. Anbarda 300 min litr yay, 77 min litr qış dizel yanacağı və 42 min litrə yaxın benzin olub.

22.12.2023 00:21
3304