Xankəndi şəhərinə ilk köçün tarixi açıqlanıb

Azərbaycanın Xankəndi şəhərinə ilk köçün tarixi açıqlanıb.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı deyib.

Həmin dialoqu təqdim edirik:

Sakin: Bu gün mən şadam ki, Xocalıdayam. Yəni, 32 il bundan qabaq Xocalını itirdik. Mən əsir düşmüşdüm, yaralanmışdım.

Prezident İlham Əliyev: Əsir düşmüşdün?

Sakin: Xankəndidə mən həmin yerə getmək istədim, mənə dedilər ki, olmaz.

Prezident İlham Əliyev: Xankəndidə əsir düşmüşdünüz?

Sakin: Xocalı faciəsində yaralanmışdım, Xankəndidə saxlayırdılar.

Prezident İlham Əliyev: Yox, gedib baxmaq olar.

Sakin: Yəni, həmin yeri təxmin etdim ki, necə gətirib aparırdılar.

Prezident İlham Əliyev: Gedib görərsiniz o yerləri. Çünki sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Birinci köçən tələbələr və onların müəllimləri olacaqlar. Qarabağ Universiteti fəaliyyətə başlayır. Ona görə bir tərəf olacaq Xankəndi, bir tərəf Ağdam. Ağdam şəhərinə də gələn il insanlar qayıdacaqlar.

28.05.2024 23:29
3725